21 nəfər bu partiyanın səlahiyyətli nümayəndəsi oldu

02.12.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətəndaş Həmrəyliyi Partiyasından bələdiyyə seçkiləri üçün səlahiyyətli nümayəndələrin adları MSK-ya təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova komissiyanın bu gün keçirilən iclasında bildirib.

“Təqdim edilmiş şəxslər partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb. VHP-dən bələdiyyə seçkilərində 21 nəfər şəxs səlahiyyətli nümayəndə, 1 nəfər şəxs isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib”.

Qeyd edək ki, ölkə üzrə bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-da keçiriləcək.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью