Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Hindistanın paytaxtı Yeni Dehlidəki bir otelin restoranında baş verən yanğında ilkin məlumatlara görə 21 nəfər ölüb.
"Cebheinfo.az" xəbər verir ki, Yeni Dehlidə təxminən 40 nəfərin qaldığı 5 mərtəbəli otelin zirzəmi qatındakı restoranda yerli vaxtla saat 08:50 radələrində yanğın qeydə alınıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra bölgəyə çoxlu sayda yanğınsöndürən heyət cəlb edilib. Yanğın başlayan zaman oteldə qonaqlayanların böyük hissəsinin yatdığı bildirilib.
Çox sayda insan xilasedicilər tərəfindən xilas edilib.
Yanğının başvermə səbəbi hələlik müəyyən olunmayıb. Hindistanın Baş naziri Narendra Modi sosial media hesabında etdiyi paylaşımda yanğında həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin