21 nömrəli bağça bağlanır? Təhsil İdarəsindən açıqlama

14.07.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

21 nömrəli uşaq bağçasının bağlanacağı barədə yayılan məlumatlar valideynlərin narahatlığına səbəb olub.

Milli.Az xəbər verir ki, sakinlər bağçanın fəaliyyətini davam etdirməsini istədiklərini bildiriblər.

Valideynlərdən biri bağçanın bağlanacağı təqdirdə övladını etibar edəcəyi kimsənin olmadığını deyərək narazılığını ifadə edib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirib ki, 21 nömrəli uşaq bağçası hazırda normal fəaliyyət göstərir və onun bağlanması ilə bağlı hər hansı qərar verilməyib.

Qurum əlavə edib ki, yaxın vaxtlarda bağçaya qəbul prosesi üçün elektron sistem istifadəyə veriləcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью