21 sentyabr Ümumdünya Altsheymer Xəstəliyi ilə Mübarizə Günüdür

21.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Alzheimer xəstəliyi ilə bağlı insanları məlumatlandırmaq məqsədilə bütün dünyada 21 Sentyabr xüsusi olaraq qeyd olunur. Bu gün Alzheimer xəstəliyinin tədqiqatı və inkişafının ləngidilməsi üsullarının axtarışı ilə məşğul olan təşkilatların təşəbbüsü ilə 1994-cü ildə təsis olunmuşdur.

Alzheimer xəstəliyi yaddaş itkisi və beynin zədələnməsi nəticədə psixi funksiyaların pozulmasıdır. Bu xəstəliyə tutulan insanların yaşı artdıqca xəstəliyin onlara göstərdiyi təsiri də artır. Xalq arasında buna qocalıqla əlaqədar olan “ağıl itirmə” də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən bu sindromdan əziyyət çəkənlərin sayı 46 milyondur. 2030-cu ildə bu sayın 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı təxmin edilir. Alzheimer xəstəliyi xüsusən az inkişaf etmiş və az gəlirli ölkələrdə çox müşahidə olunur. Xəstəliyi tamamən müalicə etmək mümkün olmasa da, erkən diaqnoz qoyulduğu halda xəstəliyin inkişafını xeyli ləngitmək mümkündür.

Altsheymer xəstəsindən daha çox, bəlkə də onun yanında olan, gecə-gündüz ona qulluq edən doğmaları mənəvi yük daşıyırlar. Unutmamalıyıq ki, bu xəstəliyə müştəla olan insanlar bizdən məntiqi mühakimə deyil, səbr, isti nəvaziş və təhlükəsizlik hiss etdirən ünsiyyət gözləyirlər.

21 Sentyabr — cəmiyyətimizi stiqmalardan azad olmağa, yaşlılarımıza qarşı daha diqqətli olmağa və yaddaşı zəifləsə də, qəlbi hələ də sevgi ilə döyünən hər bir insana sahib çıxmağa çağırır.

M.MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью