Статья не опубликована
21 tüfəng, 2 avtomat, 10 qumbara DİN in dünən ələ keçirdiyi silahlar | Icma.az

21 tüfəng, 2 avtomat, 10 qumbara DİN in dünən ələ keçirdiyi silahlar

13.02.2025

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 10 qumbara, 3 alışdırıcı, 21 tüfəng, 10 patron darağı və 3497 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью