Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhərində 21 yaşlı gəncin ölümü ilə bağlı təfərrüat məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, idman zalında vəfat edib.
Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov şəhərin 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edən zaman halı qəfil pisləşib.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.