21 yaşlı DJ motosiklet qəzasında öldü

25.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Türkiyəli DJ Tuna Selimoğlu keçirdiyi motosiklet qəzasında ölüb. 

BAKU.WS xəbər verir ki, hadisə Osmanqazi bölgəsinin Kükürtlü məhəlləsində yaşanıb. 

Onun idarə etdiyi motosiklet yoldan çıxaraq 200 metr uzağa düşüb.  Selimoğlu isə nəqliyyat vasitəsindən çıxaraq bardürə çırpılıb. 

Hadisə yerinə təcili yardım və polis əməkdaşları çağrılıb. DJ-yə ilkin tibbi yardım göstərilib. Çekirge Dövlər Xəstəxanasına çatdırılan Selimoğlu yolda keçinib.  

Qəza zamanı o sərxoş olub. Qanında 2.54 promil alkoqol müəyyən edilib. 

21 yaşlı DJ Türkiyədə "Tuna Atlas" adı ilə məşhurlaşıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью