​21 yaşlı futbolçu çayda boğuldu

26.06.2026

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Fransada gənc futbolçu faciəli şəkildə həyatını itirib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, "Etienne" klubunun şərəfini qoruyan 21 yaşlı yarımmüdafiəçi Kenzo Kies bu gün çayda boğulub. Onun Lion şəhəri yaxınlığında çimməyin qadağan edildiyi ərazidə həlak olduğu açıqlanıb.

"Etienne" klubunun rəhbərliyi futbolçunun vəfatından kədərləndiyini bildirib, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью