21 yaşlı gəncin ölümündə ayı şübhəsi

15.09.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kanadada 21 yaşlı Moses Campo naməlum yırtıcının hücumuna məruz qalaraq ölüb.

Redaktor.az xəbər verir ki, "CTV News"un məlumatına görə, Mosesi yolda iki qadın tapıb.

Onlar avtomobillə ərazidən keçərkən gənci görüb və ona kömək etməyə çalışıblar. Mosesin sağ qolu ağır yaralanıb, qarnında və budunda isə dərin xəsarətlər olub.

Qadınlar dəsmallarla qanaxmanı dayandırmağa çalışıb və təcili yardıma xəbər veriblər. Lakin təcili yardım əməkdaşları gələnə qədər gəncin həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq hadisənin qətl olduğu ehtimal edilsə də, sonradan gəncin heyvan hücumuna məruz qaldığı müəyyənləşib. Lakin mütəxəssislər ona hansı heyvanın hücum etdiyini dəqiq müəyyən edə bilməyiblər.

Mosesin ailəsi onun ayı tərəfindən öldürüldüyünü düşünür. Gəncin anası isə hadisədən əvvəl ərazidə ayıların görüldüyünü və aidiyyəti qurumların bununla bağlı məlumatlara lazımi reaksiya vermədiyini bildirib.

Hazırda yerli sakinlər ərazidə ayılara qarşı tədbirlər görməyə çalışırlar. Bəzi gənclər gecə saatlarında ərazidə ATV-lərlə patrul xidməti həyata keçirirlər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью