21 yaşlı oğlan bıçaqlandı

22.07.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Gəncə şəhərində 21 yaşlı gənc kəsici alətlə xəsarət alıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

2004-cü il təvəllüdlü şəhər sakini A. Qəribov döş qəfəsindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Zərərçəkənə dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью