21 yaşlı oğlan bıçaqlandı saxlanılan var

12.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qax rayonunda bıçaqlanma hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, 15 yaşlı E.M. 2003-cü il təvəllüdlü Yusif Danyelə kəsici alətlə xəsarət yetirib.

Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi bildirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan qeyd edilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью