21 yaşlı qız 33 metrlik paraşüt qülləsindən yıxıldı | Icma.az
Icma.az bildirir, Azpost saytına əsaslanaraq. Rusiyanın Yekaterinburq şəhərində faciəvi hadisə baş verib.
Şəhər parklarından birində yerləşən 33 metrlik paraşüt qülləsindən bir qız yıxılıb.
AzPost xəbər verir ki, 21 yaşlı gənc qız hadisə zamanı ağır xəsarətlər alıb.
Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik ipinin həddindən artıq uzun olması faciəyə səbəb olub.
Məlumatı ilk olaraq Shot Telegram kanalı yayıb. Bildirilib ki, hadisədən dərhal sonra əraziyə təcili yardım çağırılıb və həkim briqadası yar
Daha sonra qız müxtəlif bədən xəsarətləri ilə şəhər xəstəxanalarından birinə çatdırılıb.
Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi onun vəziyyətinin ağır olduğunu açıqlayıb.
Baş İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İdarəsinin məlumatına görə, hadisə ilə bağlı artıq araşdırmalara başlanılıb.
Tam oxu
Xəbəri oxu