21 yaşlı Tərtər sakini minaya düşdü

11.09.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, Tərtər rayon sakini 2005-ci il təvəllüdlü Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb:
“Hadisə zamanı Rüstəmzadə Sərxan yüngül xəsarət alıb.
Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью