Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Fransanın Pyui-de-Dom regionundakı İssuar müasir incəsənət mərkəzindən Salvador Dali, Jan Kokto və Bernar Büffe kimi sənətkarların əl işlərindən ibarət 210 kiloqramlıq "Qiyamət kitabı" ("Apokalipsis") oğurlanıb.
Kulis.az xəbər verir ki, təkrarsız və tək nüsxə olan bu sənət əsəri 150 vərəqdən ibarətdir və dəyəri milyonlarla avro ilə ölçülür.
Nəşriyyatçı Jozef Fore tərəfindən 1958-1961-ci illərdə aralarında 7 böyük yazıçı və 7 böyük rəssamın iştirakı ilə hazırlanan kitabın üz qabığını Salvador Dali xüsusi texnika ilə oyaraq işləyib.
Əsərin kolleksiyaçısı Kristian Karutzos hadisəni "Fransız mədəni irsinin qətli" adlandırıb.
Qeyd edək ki, faktla bağlı istintaq başladılıb.
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir? "Sevgililərinizin neçə nəfər olmasının nə əhəmiyyəti var, əgər..." - Jak Lakan