215 məktəbdə STEAM layihəsi tətbiq edilir

24.12.2024

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 215 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.
Newscenter.az xəbər verir ki, layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 6 043 sinif üzrə 168 530 şagirdi əhatə edir.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
Ruhiyyə Mehdiyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью