215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur DİM | Icm…
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanını keçirir.
DİM-dən SİA-ya bildirilib ki, imtahanda 215 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır.
Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqların yerinə yetirilməsinə (esse və vizual məlumatın yazılı təsviri üçün) ayrılır.
Test və yazı bloku arasında 15 dəqiqə fasilə verilir. İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imt
Bu gün keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarətdir.
Tam oxu
Xəbəri oxu