21ci Ankara Kitab SərgiYarmarkasında Azərbaycan təmsil olunacaq

20.11.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Bu il 29 noyabr - 8 dekabr 2024-cü il tarixlərində Türkiyənin Ankara şəhərində növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir. 


Manset.az xəbər verir ki, ATO Congresium Sərgi Mərkəzində keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında  Türkiyənin hər yerindən oxucular, yazıçılar, nəşriyyatlar, mədəniyyət və sənətsevərləri bir araya gətirir və  ümumilikdə sərgini 500 mindən artıq insanın ziyarəti gözlənilir. Bu il Sərginin Təşkilat Komitəsi “Qonaq ölkə” olaraq Azərbaycanı seçmişdir. 
Azərbaycan Mədəniyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki  Azərbaycan Mədəniyyət Mərkəzi Sərgidə Azərbaycan milli stendini təşkil edəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью