21ci əsrin ortalarında türk dövlətlərinin elə bir birliyi yaranacaq ki... Deputat AÇIQLADI…
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.
O bildirib ki, marş yaxın gələcəkdə hazırlana bilər: “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək.
Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.Millət vəkili Anar İsgəndərov Demokrat.az-a açıqlamasında ortaq himn yaradılması ideyasını təqdirəlayiq hesab edib:“Türk xalqlarının ortaq tarixi, ədəbiyyatı yaradılırsa, niyə də ortaq himn olmasın?!
Tarix göstərdi ki, türkün türkdən başqa dostu yoxdur, sözün həqiqi mənasında.
Türk dünyası öz torpaqlarını qorumaq, tarixini, mədəniyyətini yaşatmaq üçün birləşməlidir.
Avropanın tarix boyu türk dövlətləri arasına nifaq salması nəticəsində itirən həmişə türk dünyası olub, qazanan isə Avropa.
Tam oxu
Xəbəri oxu