Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bugün ölkə ərazisində dumanlı və çiskinli səhər müşahidə olunsa da, günün böyük hissəsi yağışsız və mülayim hava ilə yadda qalacaq.
Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Paytaxtda gecə və səhər duman müşahidə ediləcək, lakin gün ərzində ciddi yağıntı gözlənilmir. Şimal-qərb küləyi axşama doğru mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Paytaxtda temperatur gecə 9-11, gündüz isə 15-20 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi bir qədər enərək 757 millimetr civə sütunu olacaq. Rütubət səviyyəsi isə günorta saatlarında 60-65 faizə qədər düşəcək.
Rayonlarda da bənzər vəziyyət hökm sürəcək. Əksər bölgələrdə hava yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntı düşə bilər. Səhər duman olacağı, mülayim şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.
Rayon yerlərində gündüz temperaturun 22 dərəcəyə qədər yüksələcəyi bildirilir. Dağlıq ərazilərdə isə gecə saatlarında şaxta hələ də hiss olunacaq, havanın temperaturu 1-6 dərəcə şaxta ilə 5-10 dərəcə isti arasında dəyişəcək.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Paytaxtda gecə və səhər duman müşahidə ediləcək, lakin gün ərzində ciddi yağıntı gözlənilmir. Şimal-qərb küləyi axşama doğru mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.