Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub.
Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (2 milyard 204,7 milyon manat), “Kapital Bank” (1 milyard 178,3 milyon manat), “PAŞA Bank” (917,8 milyon manat), “Xalq Bank” (542,5 milyon manat) və “Bank Respublika”dır (249,4 milyon manat).

Qalan 17 bankdan 13-də balans kapitalı 100-240 milyon manat arasında, 4 bankda isə 100 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 2-sinin – “Bank BTB” və “Express Bank”ın balans kapitalı azalıb - müvafiq olaraq 1,1% və 8,9%.
20 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Access Bank”da (28,5%), ən aşağı dinamika isə “AFB Bank”da (0,7%) qeydə alınıb.
Balans kapitalının həcminə görə bankların renkinqi, 31.12.2025

© Yurd.Media