22 il sonra çəkilən klip

19.12.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Xalq artisti Brilliant Dadaşova 2002-ci ildə təqdim etdiyi “Səninləyəm” adlı albomunda yer alan “Səni səni” mahnısına 22 il sonra klip çəkdirib. SİA xəbər verir ki, “Best of Brilliant” layihəsi çərçivəsində yeni aranjimanda təqdim edilən ifa üçün kamera qarşısına keçən estrada ulduzu imici ilə də diqqət çəkib. Mahnının klipi üçün xüsusi dekorlar qurulub. Pop ulduz müxtəlif obrazlarda iddialı görüntüsü ilə göz oxşayıb. Sənətçinin tərzi üzərində stilist Elnur Həsənov çalışıb.

Qeyd edək ki, mahnının sözləri Dadaşovaya, musiqisi Faiq Sücəddinova aiddir.

Ülkər Rəhmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью