22 kiloqramdan artıq narkotik vasitə tapılıb

22.01.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 21-də ümumi çəkisi 22,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 18,9 kiloqrama yaxın marixuana, 1,7 kiloqramdan çox heroin və 1,5 kiloqrama yaxın metamfetamindən ibarət olub.

  
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.   

P.ƏMİRCANOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью