22 milyon litr südü tarlalara tökmək üçün icazə istədilər

27.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Zelandiyanın ən böyük süd istehsalçısı kooperativi olan "Fonterra" Kenterberi (Canterbury) bölgəsində emal edə bilməyəcəyi təxminən 22,3 milyon litr çiy südü kənd təsərrüfatı sahələrinə tökmək üçün rəsmi müraciət edib.
Bizim.Media xəbər verir ki, məhv edilməsi planlaşdırılan südün həcmi təxminən doqquz olimpik üzgüçülük hovuzunu dolduracaq qədərdir.
Şirkətin bu addımı ətraf mühit təşkilatlarının kəskin etirazına səbəb olub.
Kenterberi Regional Şurası isə prosesin ekologiyaya mümkün təsirlərini müəyyənləşdirmək məqsədilə "Fonterra"dan əlavə məlumat tələb edib.
Hazırlanan plana əsasən, emal olunmayan çiy süd mövcud çirkab su sistemlərinə qarışdırılaraq əkin sahələrində istifadə ediləcək. Digər bir üsula görə isə süd çənlərlə tarlalara daşınaraq birbaşa torpağa töküləcək və ya torpağın altına yeridiləcək.
 

Çiy südün 24-36 saat ərzində emal edilməsinin zəruri olduğunu bildirən şirkət rəsmiləri elektrik enerjisinin kəsilməsi və ya təbii fəlakət kimi gözlənilməz hallara qarşı tədbir görmək istədiklərini açıqlayıblar. Kooperativ bu metodun yalnız zəruri ehtiyac yarandıqda tətbiq ediləcəyini bəyan edib.


Regional şura şirkətdən südün konkret hansı ərazilərə töküləcəyini, prosesin nə qədər davam edəcəyini və ətraf mühitə təsirlərini ətraflı şəkildə izah etməyi istəyib. Müraciət hələlik təsdiqlənməyib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью