22 oktyabr Beynəlxalq Kəkələyənlər Günüdür | Icma.az
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünya əhalisinin 1 faizi kəkələmədən əziyyət çəkir Kəkələmə sadəcə nitq problemi deyil, eyni zamanda insanın ruh halının, daxili sarsıntılarının bir növ xarici dünyaya yansımasıdır.
Kəkələyən insan heç vaxt sadəcə dilindəki problem üzündən kəkələməz.
Onun içində gizlənən bir duyğu var - travma, qorxu, bəlkə də üzləşdiyi sosial təzyiqin yaratdığı gərginlik.
Bəzən bu, uşaqlıqdan gələn bir izdir, bəzən isə həyatın sonrakı mərhələlərində yaranan gərginlikdir.
İnsan özünü ifadə etməyə çalışarkən dilindəki düyünlər, beynindəki qarışıqlıqla əlbir olur.
Xəstəliklərin beynəlxalq təsnifatına əsasən, kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, həmçinin danışıqda tez-tez fasilə verilməsi ilə xarakterizə olunan nitq qüsurudur.
1998-ci ildən başlayaraq hər il oktyabrın 22-si dünyada Beynəlxalq Kəkələyənlər Günü kimi qeyd edilir.
Tam oxu
Xəbəri oxu