Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şanxay Əməkdaşlıq Təşkilatı xarici tərəfdaşlar üçün getdikcə daha cəlbedici hala gəlir.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini Əhməd Saidmurodzoda deyib.
Onun sözlərinə görə, təşkilat müxtəlif ölçülü və fərqli strukturlu dövlətlərin birgə yaşaması və birgə inkişafı nümunəsi göstərir:
"ŞƏT icmasını tamhüquqlu üzv, müşahidəçi və dialoq tərəfdaşı kimi təşkil edən 27 dövlətdən əlavə, assosiasiyamızda həm də dünyanın digər qitələrini təmsil edən daha 22 dövlətin rəsmi müraciətlərinin olması faktını göstərmək olar".
Gülşən Şərif