22 ton 475 kiloqram inci kefalı qanunsuz ovlandı

02.06.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Van bölgəsində jandarma qüvvələrinin keçirdiyi son bir həftəlik nəzarət tədbirləri zamanı 22 ton 475 kiloqram inci kefalı balığı qanunsuz şəkildə ovlanaraq ələ keçirilib.

Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Qanunsuz ovla məşğul olan 17 şəxs barəsində hüquqi prosedurlar başladılıb və onlara ümumilikdə 548 min 230 TL məbləğində inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, inci kefalının ovlanması bu dövrdə qəti qadağandır və ekosistemin qorunması üçün ciddi nəzarət tədbirləri davam etdirilir.

Nuriyyə Musayeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью