22 yaşında böyük səhnədə konsert verən tək ifaçıyam Almaxanım Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

29.11.2024

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Heç vaxt şou-biznesin içində olmamışam. Məndən gördüyüm işləri soruşun".

AZXEBER.COM xəbər verir ki, bu sözləri sevilən ifaçı Almaxanım Əhmədli "Gün ortası" verilişində deyib.

Özünü qalmaqal və şou-biznesdən uzaq saxladığını deyən Almaxanım son konsertindən söz açıb:

"Bu il səhnə fəaliyyətimin 10 illiyi oldu. Uşaq yaşlarımdan bir çox səhnələrdə çıxış etmişəm. İlk ifaçıyam ki, 22 yaşımda Heydər Əliyev Sarfayında solo konsert vermişəm. Heç vaxt şou-biznesin içində olmamışam. Məndən gördüyüm işləri, konsertləri, mahnılarımı soruşun. Bəzi qalmaqallarda adım hallansa da bu, bəzi qurumların əməkdaşlarının özbaşınalığını meydana çıxartmaq üçün idi. Bunun qalmaqalla əlaqəsi yoxdur".

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью