Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal" İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olmuş Niko Uilyamsı transfer etmək istəyir.
“Report” "El Gol Digital"a istinadən xəbər verir ki, "topçular" “Atletik”in (Bilbao) 22 yaşlı hücumçusunu transfer etmək üçün 58 milyon avrosundan keçməyə hazırdır.
Daha əvvəl onun adı “Barselona” ilə hallansa da, kataloniyalılar müəyyən səbəblərə görə futbolçunun keçidindən imtina ediblər.
Qeyd edək ki, N.Uilyams cari mövsüm “Atletik”in heyətində 23 görüşdə meydana çıxıb və 2 qol vurub.
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.