22 yaşlı gəlin qayınanasını çoxsaylı bıçaq zərbələriylə öldürdü Gecə saatlarında

30.07.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Astarada qadın qətlə yetirilib.

Hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var(Report)

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью