Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Zaqatalada 22 yaşlı gənc iki nəfəri bıçaqlamaqda şübhəli bilinir.
Milli.Az bildirir ki, hadisə ötən gecə saatlarında rayonun Faldarlı kəndi ərazisində baş verib.
1999-cu il təvəllüdlü Tural Səfərov və Emin Rüstəmova bıçaqla xəsarət yetirilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Vasif Kərimov saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Milli.Az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.