22 yaşlı gənclər külli miqdarda narkotiklə saxlanıldılar VİDEO

05.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Tədbirlərlə 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıblar.
 

Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.


Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью