Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Trabzon təmsilçisi Danimarkanın “Midtyullan” klubunun hücumçusu Frankulino Dju ilə bağlı danışıqlarda razılığa gəlib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər hazırda transferin maliyyə şərtləri və ödəniş planı ilə bağlı son müzakirələri aparırlar. “Trabzonspor”un 22 yaşlı futbolçunun keçidi üçün 20 milyon avrodan çox transfer haqqı ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Frankulino Dju 2023-cü ildən “Midtyullan”ın formasını geyinir.
“Beşiktaş”da ayrılıq – JOAO MARİO KOMANDANI TƏRK ETDİ "Trabzonspor" "Zenit"lə qarşılaşacaq "Roma"nın yarımmüdafiəçisi "Leypsiq"də "Barselona"dan "Deportivo"ya - RƏSMİ “Brayton”dan yeni transfer – Nigeriya millisinin üzvü ilə 4 illik müqavilə