22 yaşlı hücumçu Yuventus un radar ına düşüb

20.10.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bolonya"nın hücumçusu, hazırda icarə əsasında "Frozinone"nin formasını geyinən Antonio Raymondo "Yuventus"un maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 22 yaşlı futbolçu Turin klubunun skautlarının diqqətini cəlb edib. "Yuventus"un nümayəndələri hücumçunun "Sassuolo"ya qarşı iştirak etdiyi (4:2 hesabı ilə başa çatan) son matçlardan birini izləyiblər.

Qeyd edək ki, italiyalı forvard bu mövsüm keçirdiyi səkkiz qarşılaşmada 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью