220 gün kosmosda: ABŞ nin ən qocaman astronavtı 70 ci doğum günündə Yerə endi | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. NASA astronavtı Donald Pettit 7 aylıq kosmik missiyadan sonra Yerə qayıdıb.
Bu, onun 70-ci doğum günündə baş verib. Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, Pettit ABŞ-nin ən qocaman aktiv astronavtıdır.
O və iki rusiyalı kosmonavt 7 aylıq missiyalarını Beynəlxalq Kosmik Stansiyada (BKS) yerinə yetiriblər.
Pettit, eləcə də Aleksey Ovçininin və İvan Vaqnerin olduğu "Soyuz MS-26" kosmik gəmisi aprelin 20-də Qazaxıstana eniş edib.
Ekipajın 7 aylıq elmi missiyası 11 sentyabr 2024-cü ildə başlayıb. Gəmi 220 günlük kosmik uçuş zamanı Yer ətrafında 3 520 dövrə vurub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu