225 milyon dollarlıq CEKPOT

30.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Böyük Britaniyada bir bilet sahibi “EuroMillions” lotereyasının çərşənbə axşamı tirajında 177 milyon funt sterlinq (225 milyon dollar) dəyərində cekpotu qazanaraq Milli Lotereyanın tarixində üçüncü ən böyük uduşlu qalib olub.

Bakıvaxtı.az xəbər verir ki, qalibin ictimaiyyət qarşısında öz kimliyini açıqlayıb-açıqlamamaq barədə qərar verməsi gözlənilir.

Xatırladaq ki, 2022-ci il iyulun 19-da anonim qalmaq istəyən digər bir britaniyalı iştirakçı “EuroMillions”un rekord cekpotu olan 195 milyon funt sterlinqi qazanmışdı.Modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью