229 mindən çox şəxs məşğulluq tədbirləri ilə əhatə olunub

07.07.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin birinci yarımilində 229,5 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, onlardan 74 min şəxs münasib işlərlə təmin olunub, 9,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Cari ilin 6 ayında 6,1 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 139,6 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью