23 ildir müavin işləyirdi, vəzifədən azad edildi

15.12.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunub.

Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun yeni icra başçısı Natiq Ağayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, 59 yaşlı M.Nuriyeva 2002-ci ildən bu vəzifədə idi. Əmək fəaliyyətinə 1988-ci ildə Balakən XDS İK-də baş iqtisadçı kimi başlayan M.Nuriyeva 1992-1998-ci illərdə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, Natiq Ağayev bu ilin noyabrın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью