Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
23 illik zaman fərqi ilə eyni meydanda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
DÇ-2026-nın K qrupunda keçirilən Portuqaliya - Özbəkistan matçında dünya çempionatları tarixinin ən böyük yaş fərqi qeydə alınıb.
QOL.az xəbər verir ki, görüşdə Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun 41 yaş 4 ay 18 günü, Özbəkistan millisinin müdafiəçisi Bəhrudcon Kərimovun isə 18 yaş 10 ay 16 günü olub. İki oyunçu arasındakı fərq 22 il 183 gün təşkil edib.
Bundan əvvəlki müvafiq rekord DÇ-1994-də kamerunlu Roje Milla və rusiyalı Vladimir Besçastnıx (21 il 321 gün) arasında qeydə alınıb.
Xatırladaq ki, iyunun 28-də keçiriləcək üçüncü turda Portuqaliya Kolumbiya ilə, Özbəkistan isə Konqo ilə üz-üzə gələcək.