23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə öldü

30.06.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, ölən şəxs Bolnisi bələdiyyəsinin Kazreti qəsəbə sakini, 23 yaşlı Elvar Sariyevdir.

Məlumata görə, E.Sariyev işləmək məqsədilə Polşaya gedibmiş.

Hadisə də Polşanın Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Bildirilir ki, Elvar Sariyev dostları ilə birlikdə göldə çimərkən boğulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью