Bakupost saytına istinadən Icma.az xəbər verir. İstanbulun Kağıthanə rayonunda boş bir sahədə başından silahla vurulmuş halda tapılan 23 yaş
Məlumata görə, bir müddətr 23 yaşlı Oğuzhan Aykaçdan xəbər ala bilməyən yaxınları onun istifadə etdiyi şirkət avtomobilinin GPS siqnalları v
Avtomobilin boş sahədə dayandığını öyrənərək polisə xəbər veriblər.
Həmçinin həmin ərazidən silah səsi eşidildiyi barədə də məlumat daxil olub.Hadisə yerinə gələn polis əməkdaşları, başından vurulmuş Aykaçın hərəkətsiz vəziyyətdə uzandığını görüblər.
Ağır yaralı halda olan gənc təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, Aykaç əməliyyat zamanı vəfat edib.
Hadisə yerində aparılan araşdırmalar zamanı polis sənədsiz bir tapança da aşkar edib.Davam edən araşdırmalar zamanı məlum olub ki, Oğuzhan Aykaç hadisədən təxminən iki saat əvvəl sosial media hesabında türkü dinləyərkən bir video paylaşaraq "Allaha əmanət olun" deyib.
Polis Aykaçın ölüm səbəbini və hadisənin təfərrüatlarını araşdırmağa davam edirLalə Novruz, BakuPost Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.