23 yaşlı nəzarətçi məhbusla intim münasibətdə olub

12.09.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərədə 23 yaşlı həbsxana nəzarətçisi Samanta Stouell məhbus Konor Tomas Dobsonla gizli intim münasibətdə olub və kamerasında gizlətdiyi telefon vasitəsilə ona açıq-saçıq foto və videolar göndərdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

“Cebheinfo.az” xəbər verir ki, hadisə Mançesterdə yerləşən yüksək təhlükəsizlikli həbsxanada baş verib.

Məlumata görə, 24 yaşlı Konor Tomas Dobson, oğurlanmış avtomobillə 70 yaşlı qadının ölümünə səbəb olub və bu hadisəyə görə 15 il həbs cəzası alıb.

Daha sonra həbsxanada Tomas Dobsonla tanış olub. Nəzarətçi məhbusla təxminən üç ay ərzində gizli intim münasibətdə olub.

Bu müddət ərzində Samanta çəkdirdiyi intim foto və videoları Dobsonun kamerasında gizlətdiyi smartfona göndərib. Lakin rutin kamera yoxlaması zamanı telefon aşkar edilib və ondakı görüntülər, eləcə də mesajlaşmalar onların münasibətini üzə çıxarıb.

İstintaq zamanı yazışmalardan məlum olub ki, Stouell məhbusa “kiçik şahzadəm” deyə müraciət edib. Həmçinin Dobsonun ona alış-veriş etməsi üçün hissə-hissə ümumilikdə 1 400 avro göndərdiyi müəyyən edilib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə mühakimə olunan Samanta Stouell barədə hökm ötən gün elan edilib. 

Hakim Patrik Fild hadisə baş verən zaman onun gənc yaşda olmasını yüngülləşdirici hal kimi qiymətləndirərək bunu “gənclik səhvi” adlandırıb.

Nəticədə Stouell 6 ay həbs cəzası alsa da, hökm 24 ay müddətinə şərti təxirə salınıb və o, həbsxanaya göndərilməyib.

Bundan başqa, o, işdən çıxarılıb və 250 saat ictimai iş cəzasına məhkum edilib.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью