23 yaşlı qızın adı və soyadına görə həyatı KABUSA DÖNDÜ FOTO

01.01.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Emili Vindham adlı bir qadın adının və soyadının baş hərflərinə görə yaşadığı problemləri dilə gətirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, adının ingilis dilində "iyrənmə" sözü kimi istifadə edilməsindən utanaraq valideynlərə xəbərdarlıq edib.

Gənc qız adının və soyadının baş hərflərinin "EW" qısaltmasını yaratdığı üçün rəsmi qurumlarda utandığını və məktəbdə yaşıdları tərəfindən zorakılığa məruz qaldığını bildirib.

23 yaşlı qız valideynlərə çağırış edib:

"Uşaqlarınıza nə ad verəcəyinizə qərar verərkən, adlarının baş hərflərinə diqqət edin. Hər dəfə bir sənədə baş hərflərini yazmalı olduğumda, "EW" yazmalı oluram".

Hüseyn 
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью