23 yaşlı tibb bacısı evində ölü tapıldı

18.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

23 yaşlı tibb bacısı evində ölü tapıldı

Tekirdağın Kapaklı rayonunda yaşayan 23 yaşlı tibb bacısı Begüm Tonguz evində ölü tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Tonquzun ürək tutmasından öldüyü ehtimal edilir.

Evdə halı pisləşən tibb bacısı Begümün sonuncu dəfə təcili tibbi yardıma zəng vurduğu və həkimlərin evi rahat tapa bilməsi üçün qapını açıq qoyduğu müəyyən edilib. Lakin təcili tibbi yardım onun evinə gələnə qədər o həyatını itirib.

Gənc tibb bacısı bu gün göz yaşları içində son səfərinə yola salınıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью