230 milyon avroluq transfer büdcəsi İdman və Biz

25.12.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Yunayted" yeni transferlərə 230 milyon avro ayırmaq niyyətindədir.

İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas transferi hədəfi Rafinya olacaq.

Mançester təmsilçisi "Barselona"da çıxış edən futbolçu üçün 80+10 milyon avro ödəməyə hazırdır. Komanda "Sportinq"in formasını geyinən Viktor Qyokereşlə də maraqlanır. Yeni baş məşqçi Ruben Amorim isveçli hücumçunu yenidən ixtiyarında görmək istəyindədir.

Qeyd edək ki, "Mançester Yunayted" qapıçı Andre Onanaya da əvəzləyici axtarır. Bu mövqeyə "Borussiya"nın (Dortmund) qolkiperi Qreqor Kobel əsas namizəddir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью