24 gün ərzində 24 hadisə İsveçdə faciəvi rekord | Icma.az
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. İsveç misli görünməmiş partlayış dalğası yaşayır.
Belə ki, yanvar ayında artıq 24 partlayış baş verib və bu, 2019-cu ilin noyabrında müəyyən edilmiş 22 partlayış rekordunu üstələyib.
Ölkə.Az Azərtac-a istinadən xəbər verir ki, polisin məlumatına görə, partlayışların əksəriyyəti hədə-qorxu ilə pul tələb etmək, o cümlədən şirkətlərə və onların işçilərinə qarşı yönəlmiş hadisələrdir.
Yerli polis rəisi Anders Yurestad vəziyyətin gərgin olduğunu və partlayışların sayının artdığını qeyd edib.
Polisin fikrincə, əgər əvvəllər partlayışlar daha çox kriminal qarşıdurmaların iştirakçılarına yönəlirdisə, indi şirkətlər və hətta günahsız insanlar qurbanlara çevrilirlər.
Ədliyyə naziri Qunnar Strömmer polislə təcili iclas çağıraraq bu vəziyyətin sivil cəmiyyət üçün qəbuledilməz olduğunu bildirib.
Polis əlavə resursları səfərbər edir, sosial mediada cinayətə cəlbetmə ilə mübarizə və partlayıcı maddələrə əlçatanlığa nəzarət etmək üçün səyləri gücləndirir.
Çox vaxt partlayıcı qurğuların hazırlanmasında istifadə olunan pirotexniki vasitələrə xüsusi diqqət yetirilir.
Tam oxu
Xəbəri oxu