24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18.06.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidentinin “Boinq E-4B” “Qiyamət günü təyyarəsi" Vaşinqton yaxınlığında eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

“ABŞ prezidentinin "Qiyamət günü təyyarəsi" Luiziana ştatındakı Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq, dünən axşam Vaşinqton yaxınlığındakı "Şreveport" hava bazasına eniş edib. Sonuncu dəfə bu, 2001-ci il sentyabrın 11-də törədilən terror aktından sonra baş vermişdi”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, hava-desant komandanlığı mərkəzi kimi xidmət edən ABŞ-ın bu strateji hava qüvvələri təyyarəsi fövqəladə hallar zamanı ABŞ qüvvələrinə komandanlıq etmək üçün nəzərdə tutulub və onun fəaliyyəti hərbi hazırlıq səviyyəsinin ən yüksək səviyyəsindən xəbər verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью