24 ilin tibb işçisi qanunsuz yerə işdən çıxarıldığını İDDİA EDİR Astara xəstaxansının baş …
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astara rayonu, Şahağac kənd sakini İsmayılova Firavan Sərdar qızı tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçi bildirir ki, Astara Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayev onu qanunsuz olaraq işdən çıxarıb: “Mən, İsmayılova Firavan Sərdar qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Hər kəsə bəllidir ki, işsizlik bir çox insanı təngə gətirib. Artıq mən də yorulmuşam. 24 il tibb işçisi olmuşam.
İşlədiyim dönəmdə heç bir qanun puzuntusuna yol verməmişəm. Əhalinin, eləcə də kollektivin hörmətini qazanmışam.
Məzuniyyətdə olduğum vaxtda Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi, direktoru Oktay Əmənullayev çağırıb dedi ki, gəl ərizəni yaz, işdən çıx.
Səbəbini soruşduqda isə, bildirdi ki, “dövlət sənin diplomunu və məktəbini tanımır”.
Bildirdim ki, həkim, 24 ildir bu sahədəyəm, heç bir səhvim, qeyri-peşəkarlığım olmayıb. Niyə belə edirsiz?
Tam oxu
Xəbəri oxu