24 mindən çox namizəd peşə məktəbinə qəbul oldu SİYAHI AÇIQLANDI

14.08.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 23 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 39735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24161 nəfər müsabiqədən keçib. Dördpendirli pizza

Müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью