24 oktyabr Makronun sonuncu iş günü ola bilər TƏHLİL

23.10.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya və Fransada yüz minlərlə insanların küçələrə çıxıb haqları uğrunda hakimiyyətə qarşı mübarizə aparmaları sözügedən ölkələrdə həyatı iflic edib. Artıq vəziyyət o dərəcədə kritik xarakter alıb ki, hökumətlər carəsiz vəziyyətdə olduqlarını etiraf edirlər. Bununla belə hakimiyyət kreslosu şirin və çəlbedici olduğu üçün istefa verməkdən imtina edirlər. Bu da əhalini daha da qəzəbləndirir və daha qətiyyətli mübarizə metodları seçməyə məcbur edir. Hətta qəzəbli əhali Makron və Mertzin komandasına aid ticarət mərkəzlərinə, iş yerlərinə, banklara basqınlar edərək, ətrafda görünən hər şeyi dağıdır və qarət edirlər. Ümumilikdə, iğtişaşlar zamanı 2500-ə qədər mağazaya, ticarət obyektinə, banklara basqınlar olunub və sahibkarların əmlakları talan edilib. Fransanın daxili işlər naziri Loran Nunes kütləvi iğtişaşlarla bağlı vəziyyətin nəzarətdən çıxdığını etiraf edib: “Yüzlərlə mağazanın talan edildiyi bəzi böyük şəhərlərdə biznes sahiblərinin gözlərinə baxıb nəzarəti itirmədiyimizi deyə bilməzsən”.

Loran Nunes onu da qeyd edib ki, polis qüvvələri küçələrdəki insanların sayına nisbətən qeyri-mütənasib olub. Nazir hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürüb və hətta istefasını da təklif edib, lakin prezident Emmanuel Makron istefanı qəbul etməyib.

Makron Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun addımını təkrarladı

Fransada aksiyalar oktyabrın əvvəllərində orta məktəb şagirdlərinin dərs yükünün ağır olması və məktəblərin sinif otaqlarının durumunun bərbad olmasına etiraz əlaməti olaraq təşkil edilmişdir. Sonradan isə müxalifət partiya sədri Marin Le Penin və keçmiş baş nazir Eduard Filippin müdaxiləsi ilə uşaqların aksiyasına zavod və fabriklərin işçiləri, nəqliyyat sektorlarının əməkdaşları qoşulub. Bununla da aksiyaların miqyası Parisdən bölgələrə yayılıb. Məlumatlara görə, 17 oktyabrda ölkə miqyasında keçirilən aksiyalarda 1 milyona yaxın insan iştirak edib. Sonradan aksiyalar genişmiqyaslı iğtişaşlara çevrilib.

Aksiya iştirakçıları, ölkənin bir sıra şəhərlərində, xüsusən də Paris və Marseldə lüks brendlər də daxil olmaqla mağazaları talan ediblər. Paris polisi uzun müddətdir nümayişçilərlə mübarizə apara bilməyib. Vəziyyətin son dərəcə idarəedilməz olduğunu anlayan Makron hakimiyyəti proseslərə zorakılıqla mübarizə üzrə ixtisaslaşmış CRS 8 bölmələrini cəlb edib. Məhz bu yırtıcı qüvvələrin zorakılığı nəticəsində aksiya iştirakçılarının müqavimətini qırmaq mümkün olub. Etirazçılar su şırnaqları və polis dəyənəkləri, hətta rezin güllələrlə zərərsizləşdilib. Qarşıdurma zamanı 12 nəfərin öldüyü, 18 minə yaxın insanın isə yaralandığı bildirilir. Ölkənin Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, iğtişaşlardan sonra saxlanılan şəxslərin ümumi sayı 5300 nəfər olub və onlardan 3225 nəfəri haqqında həbs qətimkan tədbiri seçilib. Polisin və CRS18 bölmələrinin qəddar təmizləmə əməliyyatı zamanı uşaqlarda ciddi zərər görüb. Ümumilikdə 214 uşaq xəsarət alıb ki, onlardan da 15 nəfərinin vəziyyətinin son dərəcə ağır olduğu qeyd olunur. Bu da Makron hakimiyyətinin Fransa xalqına münasibətidir. Yəni Fransa demokratiyası əhalinin təhqir edilməsi, döyülməsi və həbslərə atılması deməkdir. Makronun idarəetmə üsulu zorakılıq üzərində qurulub. Həm də bu cür vəhşi əməllər yeni deyil. Zaman-zaman Makron rəqiblərini, eləcə də onun siyasətinə qarşı çıxanları həbsxanalara atdırmaqla və ya polis dəyənəkləri ilə sağlamlıqlarından məhrum etməklə zərərsizləşdirməyə çalışıb.

Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 18-də xalqa müraciətində öz həmvətənlərini həbslərlə hədələməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb. Avropanın əsas cəlladlarından olan və Fransanın müstəmləkəsi altında olan xalqlara qarşı amansız vəhşiliyi ilə tanınan Makron xalqına barmaq silkələyərək bildirib ki, küçələrə çıxanlar müxtəlif ölkələrin agentləridir. Makron dinc aksiyaları zorakılıq adlandıraraq etirazçıların cəzalandırılacağını bildirib və ölkədə fövqəladə vəziyyət rejimini tətbiq edəcəyini söyləyib.

Makronun çıxışından az sonra ölkənin 12 şəhərində komendant saatı tətbiq olunub. Bu da birbaşa Avropa Şurasının və Avropa İttifaqının, eləcə də beynəlxalq hüququn bilərəkdən pozulması deməkdir. Çünki hər bir kəsin, o cümlədən qrupların toplaşmaq və müəyyən tələblərlə etiraz aksiyaları keçirmək hüququna malikdir. Makron isə demokratik dünyanın tələb və qərarlarına qarşı açıq hörmətsizlik göstərir. Nəzərə almaq lazımdır ki, Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol 3 dekabr 2024-cü ildə ölkədə qanunsuz hərbi-fövqəladə vəziyyət elan etdiyinə görə rəsmən üsyan (qiyam) törətməkdə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Hazırda Yun Sok Yolun etdiyi əməli Makron təkrarlayır.

Fransa xalqı Makrona qarşı son və qəti mübarizəyə başlayır

Görünən ondan ibarətdir ki, Fransa xalqı Makronun devirilməsi istiqamətində mübarizə aparmaqda qətiyyətlidir. Artıq ölkənin Həmkarlar İttifaqları oktyabrın 24-də bütün Fransa üzrə kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırıb. Təşkilatçılar Makron və onun komandası ilə son və qəti mübarizə aparmaq niyyətindədir. Vəziyyətin onun üçün arzuolunmaz olacağını anlayan Makron ölkədən qaça bilər. Bu barədə bəzi yerli və xarici ekspertlər çıxış ediblər.

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 24-də keçirilməsi gözlənilən etiraz aksiyalarını müzakirə etmək üçün Müdafiə Şurasının iclasını keçirib və komandasına müəyyən göstərişlər verib. Xüsusilə də, Maklron Daxili işlər və ordu rəhbərliyinə xüsusi əmrlər verdiyi bildirilir. Bu isə oktyabrın 24-də leçilməsi planlaşdırılan aksiyada polislə yanaşı ordunun da küçələrdə olacağından xəbər verir.

24 oktyabr aksiyasının təşkilatçıları (Ümumi Əmək Konfederasiyasından olan həmkarlar ittifaqı üzvləri və "sarı jiletlilər") Bastiliya Meydanından Opera Meydanına yürüş etməyi nəzərdə tuturdular. Lakin polis prefekturası təhlükəsizlik qüvvələrinin etirazçıları daha asanlıqla idarə edə biləcəyi daha geniş prospektlər boyunca fərqli bir marşrutda israr edir. Bununla yanaşı tələbələri aksiyalara qatılmaqdan çəkindirmək üçün Təhsil Nazirliyi sərt qərar açıqlayıb. Qərar görə, tələbələrə aksiyalara qoşulmaq qadağan edilib, qadağanı pozanlar təhsil ocaqlarından xaric ediləcəklər. Lakin tələbələr vəkillər vasitəsi məhkəməyə müraciət ediblər. Məhkəmə Təhsil Nazirliyinin anormal qərarını ləğv edib. Bununla barəbər, məhkəmə dövlət tərəfindən tələbə hərəkatlarına 1000 avro ödənilməsi ilə bağlı qərar qəbul edib. Bu isə o deməkdir ki, ölkənin tələbə-gəncləri aksiyalarda iştirak etməklə, Makronun prezidentlik kreslosundan yola salınmasında iştirak edəcəklər.

İ.ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью