Icma.az bildirir, Lent az portalına istinadən.
ABŞ alimləri 24 saatlıq aclığın bağırsaqlarda müəyyən faydalı bakteriyanın miqdarını artıraraq toxumaların zədələnmədən sonra bərpasına kömək edə biləcəyini müəyyənləşdiriblər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzində aparılmış tədqiqatın nəticələrinə istinadən məlumat yayıb.
Alimlər aşkar ediblər ki, qısa müddətli aclıq zamanı nazik bağırsaqda Akkermansia muciniphila adlı bakteriyanın miqdarı artır. Bu mikroorqanizmin istehsal etdiyi propionat maddəsi bağırsaq hüceyrələrində bərpa prosesləri ilə əlaqəli dəyişiklikləri aktivləşdirə bilir.
Tədqiqat xüsusilə şüalanmanın bağırsaq toxumalarına vurduğu zərərin aradan qaldırılması baxımından maraq doğurur. Alimlər gələcəkdə bu mexanizmin xərçəng müalicəsi zamanı sağlam toxumaların qorunmasına kömək edə biləcəyini düşünürlər.
Bununla belə, nəticələr hələlik klinikayaqədərki tədqiqatlara əsaslanır. Xərçəng xəstələrinin həkim məsləhəti olmadan ac qalması tövsiyə edilmir.